Türkiyənin müdafiə sənayesi cari ilin ilk rübündə 1 milyard dollarlıq məhsul ixrac edib
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin mart ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin martında 370.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il mart – 505.6 milyon ABŞ dolları) 2024-cü ilin martında ixrac olunan məhsulların dəyəri azalıb.
Cari ilin ilk rübündə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 1 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.
TAGS Manşet