SərgilərXəbərlər

Türkiyənin patrul gəmiləri DENİZHAN 76/62 topu ilə silahlandırılacaq

SAHA 2026 sərgisi çərçivəsində Açıq Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində “Makine ve Kimya Endüstrisi” (MKE) ilə ASFAT şirkətləri arasında 7-ci, 8-ci, 9-cu və 10-cu gəmilər üçün 4 ədəd DENİZHAN 76/62 milli dəniz topunun tədarükünə dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, MKE mühəndisləri tərəfindən hazırlanmış DENİZHAN topu yüksək yerlilik səviyyəsi və qabaqcıl istehsal imkanları ilə seçilir.

Bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına 6 ədəd təhvil verilən dəniz topu 2024-cü ildə İndoneziyaya, 2025-ci ildə isə Rumıniyaya ixrac olunaraq beynəlxalq arenada da mühüm uğur qazanıb.

MKE tərəfindən həyata keçirilən investisiyalar çərçivəsində 76 mm-lik dəniz topunun istehsal gücünün 500% artırılması hədəflənir.

İmzalanan müqavilə ilə birlikdə MKE milli dəniz topu sahəsindəki qabiliyyətlərini daha da inkişaf etdirməyi qarşıya məqsəd qoyur.

HHkzi54XIAIBhwn

Back to top button