Türkiyənin “Pusat Hybrid” hərbi maşını İDEF-2021 sərgisində nümayiş etdirilib

Türkiyənin “Pusat Hybrid” hərbi maşını İDEF-2021 sərgisində nümayiş etdirilib

Türkiyə “Tümosan” şirkətinin istehsalı olan 530 at gücünə malik dizel mühərrikli “Pusat” və ilk hibrid mühərrikli “Pusat Hybrid” hərbi avtomobilləri ilk dəfə İstanbulda keçirilən IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, Türkiyə müdafiə sənayesinin yerli və milli imkanları ilə layihələndirilən yeni “Pusat Hibrid” avtomobilinə xüsusi diqqət yetirilib.

Avtomobilin Alp-1 adlı hibrid mühərrik blokunun gücü 310 at gücünə bərabərdir. Hibrid avtomobillər ümumiyyətlə daxili yanma mühərriki və elektrik mühərrikinin kombinasiyası ilə təchiz olunur.

Belə mühərrik qurğularının əsas üstünlüyü daxili yanma mühərrikinin aşağı dövr və kiçik gücdə öz səmərəliliyini çox itirdikdə, elektrik ötürücüsünü istifadə etmək qabiliyyətidir.

Bu səbəbdən, avtomobil adi mühərriklərlə təchiz edilmiş avtomobillərlə müqayisədə yanacaq istehlakında əhəmiyyətli dərəcədə qazanc əldə edir.

“Pusat” və “Pusat Hybrid” hərbi avtomobillərinin hərəsinin 9 əsgər daşıya biləcəyi və standart olaraq 12,7 və 7,62 pulemyot və ya 40 mm qumbaraatanlarla silahlandırılacağı bildirilir.

239337657 379813240310627 6014574696635996521 n

Alp-1 hibrid mühərriki

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS