
Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan SİPER hava hücumundan müdafiə (HHM) sistemi tam əməliyyat qabiliyyətinə çatıb.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, iyunun 12-də Sinop Atış Poliqonunda həyata keçirilmiş sınaq çərçivəsində yüksək sürət və manevr qabiliyyətinə malik “Süper Şimşek” hava hədəfini uğurla məhv edən SİPER HHM sistemi tam əməliyyat qabiliyyəti əldə edib.




