Türkiyənin A400M hərbi nəqliyyat təyyarəsinin yığımına başlanıb – FOTO

Airbus Military şirkətinin Sevilya şəhərindəki zavodunda Türkiyə Hava Qüvvələri üçün ilk A400M təyyarəsinin yığılmasına başlanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Airbus Military şirkəti məlumat yayıb.

Türkiyə ilk A400M hərbi nəqliyyat təyyarəsini 2013-cü ildə təhvil alacaq.

MSN9 kimi tanınan hava gəmisi üçün qanadların və qanadın mərkəzi kessonun inteqrasiyası mayın ortalarında, burunun və füzelyajın inteqrasiyası isə iyunun axırlarında başlayıb. Arxa şaquli stabilizator və üfüqi stabilizator iyulun 11-də çatdırılıb. Üçüncü seriya istehsala başlanması üçün A400M-in bütün komponentləri FAL-a inteqrasiya olunub.

Qeyd edək ki, A400M təyyarəsini bu günədək Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, Türkiyə, Belçika və Lüksemburq sifariş verib.

KATEQORIYA: