Türkmənistan prezidenti “Dəniz xan” korveti ilə tanış olub

Türkmənistan prezidenti “Dəniz xan” korveti ilə tanış olub

Türkmənistan prezidenti Sərdar Berdimühəmmədov Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Karshi” bazasında yeni istifadəyə verilmiş “Dəniz xan” korveti ilə tanış olub.

“Poliqon” xəbər verir ki, bu barədə Türkmənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dəniz xan” korvetinin inşası ilə bağlı Türkiyə və Türkmənistan arasında müqavilə IDEF-2019 sərgisində imzalanıb.

Müqaviləyə əsasən, 2019-cu ildə Türkiyənin “Dearsan” tərsanəsi tərəfindən inşa edilməyə başlanan korvet 2021-ci ilin avqustunda Türkmənistan HDQ-ə təhvil verilib.

Bildirilib ki, Türkmənistan HDQ-nin silahlanmasına qəbul edilən korvet tipli gəmi ölkənin Xəzər dənizindəki milli maraqlarını və dövlət sərhəddinin qorunması üçün inşa edilib.

Yeni korvet Türkiyə, İtaliya və Fransa müdafiə sənayesinin istehsalı olan silah və texniki vasitələrlə: 200 km mənzilli “gəmi-gəmi” tipli raketlər; hava hücumundan müdafiə tipli raket və sistemlər; yaxın və orta mənzilli dəniz döyüşü üçün 76.00 mm- lik, 30 və 14,5 mm- lik zenit-artilleriya silahları; pilotsuz uçuş aparatı ilə təchiz olunub. Bunlar arasında ASELSAN şirkətinin hazırladığı GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi (CIWS) ilə ROKETSAN istehsalı DSH (Denizaltı Savunma Harbi) raketi və atıcı sistemi də yer alır.

Qeyd edək ki, bu günə qədər “Dearsan” şirkəti tərəfindən Türkmənistan HDQ üçün uzuluğu 57, 33, 14 metr olan 35-ə qədət raket-artilleriya gəmi və katerləri, təminat və hidroqrafiya gəmiləri inşa edilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş