
Türkmənistan Silahlı Qüvvələri arsenalına yeni daxil olan pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.
“AzeriDefence”nin məlumatına görə, Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Aşqabadda keçirilən hərbi paradda bu ölkənin Çindən və İtaliyadan aldığı taktik PUA-lar və silahlı PUA-lar nümayiş olunub.
Paradda göründüyü qədər Türkmənistan son bir ildə Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətindən silahlı CH-3A və WJ-600 A/D çoxməqsədli PUA-lar əldə edib.
Bundan başqa, İtaliyadan “Falco” taktik PUA-lar satın alınıb.
Paradda Türkmənistanın əlində olan köhnə LA-17 PUA-ları da nümayiş etdirilib.






