TUSAŞ Asiya ölkələri ilə əməkdaşlığını gücləndirməyi hədəfləyir
Türkiyənin TUSAŞ şirkəti 2-5 noyabr 2022-ci il tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərinin Kemayoran bölgəsində keçirilən “Indo Defense Expo & Forum” sərgisində aviasiya vasitələrini nümayiş etdirir.
TUSAŞ-dan “Poliqon”a verilən məlumata görə, son zamanlarda Asiya ölkələri ilə sıx əməkdaşlıq edən şirkətin həm məhsulları, həm də fəaliyyət sahələri stendlərini ziyarət edəcək nümayəndə heyətlərinə təqdim olunacaq.
TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib ki, “Indo Defense Expo & Forum” sərgisi çərçivəsində Asiya ölkələri başda olmaqla bölgədəki dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçiriləcək.
“Bölgədə olan ölkələr ilə həm akademik, həm də digər sahələrdəki ikili əməkdaşlıqlarımızı gücləndirməyi hədəfləyirik. Sərgi müddətində nümayəndə heyətlərinə təqdim etdiyimiz iş modelləri çərçivəsində nümayişlər edəcəyik”, – deyə Temel Kotil vurğulayıb.
TUSAŞ şirkətinin sərgidə nümayiş etdirdiyi məhsullar arasında: MMU, HÜRJET və HÜRKUŞ təyyarələri; T129 ATAK (Faza-II versiyası), T929 ATAK və GÖKBEY helikopterləri; ANKA və AKSUNGUR pilotsuz uçuş aparatları yer alıb.