TUSAŞ AzTU-da yeni layihəyə başlayıb

TUSAŞ AzTU-da yeni layihəyə başlayıb

Dünyanın qabaqcıl şirkətlərindən TUSAŞ Azərbaycan Texniki Universitetində (AzTU) yeni layihəyə başlayıb.

AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, icrasına başlanılan “AzTU-Turkish Aerospace, MGP 2023” adlı yeni proqram AzTU tələbələrinə təqdim olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev TUSAŞ-ın təyyarə layihələri, müdafiə sistemləri və digər fəaliyyətləri haqqında tələbələrə məlumat verib.

Bildirib ki, dünyanın ən tanınmış şirkətlərindən olan TUSAŞ-ın AzTU-da icra ediləcək proqramının mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin perspektiv inkişafı üçün müstəsna əhəmiyyəti olacaq.

Rektor qeyd edib ki, proqramda İqtisadiyyat və idarəetmə fakültəsi istisna olmaqla, digər fakültələrdə bakalavriat (IV kurs), magistratura (I və II kurs) və doktorantura səviyyələrində mexatronika, maşın mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, elektrik-elektronika, radioelektronika, proqram təminatı, metallurgiya və materiallar mühəndisliyi, aerokosmik mühəndislik ixtisasları üzrə təhsil alan əlaçı tələbələr iştirak edə bilərlər.

Daha sonra TUSAŞ-ın “Mühəndis Geliştirme Proqramı”nın (MGP) rəhbərləri Seyhan Gül və Görkem Mutallip Şimşek çıxış ediblər. Qeyd olunub ki, mühəndislik ixtisasları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə AzTU və TUSAŞ arasında əlaqələlər daha da inkişaf etdirilir. “AzTU-Turkish Aerospace, MGP 2023” proqramında isə ixtisas istiqamətləri bir qədər də genişləndirilib.

Qeyd edək ki, sözügedən proqrama AzTU tələbələri ilə yanaşı Milli Aviasiya Akademiyasının (MAA) aerokosmik mühəndislik ixtisası üzrə təhsil alan tələbələri və müəllimləri də cəlb ediləcək.

2023-cü ilin fevral-iyun aylarını əhatə edəcək proqram AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.

2 4 1 scaled

3 1 scaled

4 2 scaled

8 scaled

1 1 scaled

Poliqon.az

CATEGORIES
TAGS