TUSAŞ İDEF-2021 sərgisində yerli məhsullarını nümayiş etdirəcək
Türkiyənin TUSAŞ şirkəti 17-20 avqust tarixlərində İstanbulda keçiriləcək İDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yerli aviasiya vasitələrini və kosmik sistemlərini sərgiləyəcək.
TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, IDEF-2021 sərgisində ilk dəfə olaraq MMU milli döyüş təyyarəsini təqdim edəcək.
Həmçinin sərgidə TUSAŞ tərəfindən istehsal olunan “Anka” və “Aksunqur” pilotsuz uçuş aparatları, ATAK və ATAK II helikopterləri, habelə “Gökbey”, “Hürkuş”, “Hürjet” təyyarələri nümayiş etdiriləcək.
Bundan əlavə, “Hürjet” yüngül hücum təyyarəsinin simulatoru da TUSAŞ stendidə yer alacaq.
Həmçinin yerli imkanlar hesabına hazırlanan və Türkiyənin Milli Kosmik Proqramında mühüm yer tutan peyk layihələri də sərgilənəcək.
TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin baş direktoru Temel Kotil bildirib ki, Türkiyə aviasiya və kosmos sahəsində əhəmiyyətli dərəcədə istehsal və dizaynını davam etdirir: “Bu baxımdan şirkətimiz istedadlı mühəndislərlə yerli platformaların inkişaf etdirilməsi üçün “Ar –Ge” fəaliyyətləri ilə dünya aviasiya ekosisteminə töhfə verməkdədir. IDEF sərgisi milli müdafiə layihələri ilə bağlı inkişafları dünya ictimaiyyətinə çatdırmaqda əhəmiyyətli bir rola malikdir.
Səylərimizi davam etdirərək 2023-cü il martın 18-də ATAK-II helikopteri və “Hürjet” təyyarəsinin ilk uçuşunun şahidi olacağıq”.
Rizvan Fikrətoğlu