
TUSAŞ-ın ixrac etdiyi təyyarə, helikoter və PUA-ların sayı açıqlanıb
TUSAŞ şirkətinin ixrac etdiyi təyyarə, helikoter və pilotsuz uçuş aparatlarının (PUA) sayı bəlli olub.
“Poliqon” xəbər verir ki, bunu TUSAŞ İdarəetmə Sammiti 2025-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün açıqlayıb.
Sədr bildirib ki, TUSAŞ, 15 fərqli ölkəyə 21 ayrı müqavilə çərçivəsində məhsul və xidmətlər ixrac edərək Türkiyəyə töhfə verir.
“Bu çərçivədə 5 ədəd HÜRKUŞ təlim təyyarəsi, 12 ədəd ATAK hücum helikopteri, 75 ədəd ANKA və AKSUNGUR PUA dost və müttəfiq ölkələrə təhvil verilib”, – deyə H.Görgün qeyd edib.
TAGS Manşet