TUSAŞ-ın yeni test mərkəzi qurulur
Türkiyənin TUSAŞ şirkəti istehsal olunan yerli və milli aviasiya vasitələrini sınaqdan keçirmək üçün yeni test mərkəzinin inşasına başlayıb.
TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, yeni test mərkəzi “Dəmir Quş” adlandırılıb.
Mərkəzdə yerli və milli aviasiya vasitələrinin inkişafı, sertifikatlaşdırılması və istehsal proseslərini sürətləndirmə işləri həyata keçiriləcək.
2022-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan “Dəmir Quş” test mərkəz Türkiyədə aviasiya sahəsində bir ilk olacaq.
“Dəmir Quş” aviasiya test mərkəzində “Hürjet” təyyarəsi və onun fərqli konfiqurasiyasındakı kritik sistemlərin vahid testi və yoxlanılması üçün güclü infrastruktur təmin ediləcək.
Əldə ediləcək qabiliyyətlər Milli Döyüş Təyyarəsi üçün də istifadə ediləcək. Təyyarədə istifadə ediləcək bütün uçuş kritik avadanlıqları yeni test mərkəzində sınaqdan keçiriləcək.
Rizvan Fikrətoğlu