SərgilərXəbərlər

TUSAŞ KAAN və ANKA-S layihələri üzrə yeni müqavilələr imzalayıb

TUSAŞ ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında KAAN tədarük və ANKA-S III paket layihəsi müqavilələri imzalanıb.

“Poliqon” xəbər verir ki, SAHA 2026 sərgisində imzalanan müqavilələr Türkiyənin milli hava platformalarının hazırlanması, istehsalı və inventara daxil edilməsi baxımından mühüm mərhələ hesab olunur.

Bildirilib ki, layihələr Türkiyə müdafiə sənayesinin mühəndislik potensialını və strateji imkanlarını bir daha nümayiş etdirir.

Beləliklə, şirkət milli texnologiyalar vasitəsilə Türkiyənin hava gücünün artırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir.

Back to top button