RegionXəbərlər

TUSAŞ şirkəti yeni pilotsuz döyüş təyyarəsi hazırlayır

Türkiyənin TUSAŞ şirkəti tərəfindən yeni reaktiv mühərrikli pilotsuz döyüş təyyarəsi hazırlanır.

“Poliqon” xəbər verir ki, bunu 2023-cü ilin büdcəsi ilə bağlı keçirilən iclasda Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay deyib.

Fuat Oktay bildirib ki, “Anka-3” adlanacaq bu yeni layihə Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sektorundakı imkanlarını daha da artıracaq.

Prezidentin köməkçisi “Anka-3″ün yüksək sürətə, faydalı yük daşımaq bacarığına və görünməzlik (stealth) texnologiyasına sahib olacağını qeyd edib.

Poliqon.az

Back to top button