Üç il ərzində 334 Azərbaycan vətəndaşı mina qurbanı olub

Üç il ərzində 334 Azərbaycan vətəndaşı mina qurbanı olub

2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı mina qurbanı olub.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, minaya düşən 334 nəfərdən 65-i həyatını itirib və 269-u yaralanıb. Ölənlərin 50 nəfəri mülki vətəndaş və 15 nəfəri hərbçi, yaralananların isə 105-i mülki vətəndaş və 164-ü hərbçidir.

H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günə kimi ANAMA tərəfindən 3413 mina qurbanı qeydə alınıb. Onlardan 357 nəfəri uşaq və yeniyetmə, 38-i isə qadındır.

CATEGORIES