Xəbərlər

Ukrayna ABŞ-dan hərbi kömək istəyib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Müdafiə Nazirliyinə hərbi yardım üçün müraciət edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri Ukraynanın hərbi rəsmisinə istinadən məlumat yayıb.

Ukraynanın müdafiə naziri Pentaqondan “Taliban”ın hakimiyyəti ələ keçirilməsindən öncə Əfqanıstan üçün nəzərdə tutulan silahların, o cümlədən hava hücumundan müdafiə, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin Ukraynaya verilməsini xahiş edib.

Məlumatda bildirilib ki, rəsmi Vaşinqton Ukraynanın yardım müraciətini, o cümlədən Rusiyanın mümkün hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. Bununla yanaşı, Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qiymətləndirmək məqsədilə ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Ukraynaya göndərilib.

Ukrayna tərəfi sərhədə 115 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin kəskinləşəcəyini bildirib. Qərb liderləri Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb və Moskvadan gələn istənilən təhdidlərə qarşı Kiyevi dəstəkləyib.

Poliqon.az

Back to top button