Ukrayna bu yayın sonuna kimi 14 ədəd “Leopard 2A4” tankı əldə edəcək

Ukrayna bu yayın sonuna kimi 14 ədəd “Leopard 2A4” tankı əldə edəcək

Danimarka və Niderland bu yayın sonuna kimi Ukraynaya 14 ədəd “Leopard 2A4” tankı təhvil verəcək.

“Poliqon” Niderland Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il Danimarka və Niderland Ukrayna üçün 14 ədəd “Leopard 2A4” tankı satın alıb.

Bildirilib ki, Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən əsaslı təmir edilən 14 ədəd “Leopard 2A4” tankından artıq 12-sinin yoxlama sınaqları tamamlanıb. Hazırda isə son ikisinin yoxlama sınaqları həyata keçirilir. Sınaq və digər bütün işlər bitdikdən sonra tankların hamısı bu yayın sonuna kimi Ukraynaya təhvil veriləcək.

CATEGORIES
TAGS