Ukrayna Müdafiə Nazirliyi WINFLY PUA-nın istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi WINFLY PUA-nın istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan WINFLY pilotsuz uçuş aparatlarının (PUA) Silahlı Qüvvələr tərəfindən istismarına icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ukraynalı mühəndislər WINFLY pilotsuz uçuş aparatını dizayn edərkən cəbhə xəttində olan PUA operatorlarının tövsiyələrini və təcrübəsini nəzərə alıblar. Xüsusilə, döyüş əməliyyatları zamanı ekipajların təhlükəsizliyini və PUA-ların düşmənin antidron sistemlərinə qarşı müqavimətini artırmaq üçün müəyyən mühəndis həlləri tətbiq edilib.

CATEGORIES