Ukrayna Ordusu yeni radioelektron mübarizə sistemi ilə silahlandırılıb

Ukrayna Ordusu yeni radioelektron mübarizə sistemi ilə silahlandırılıb

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “CCB Proton” müəssisəsi tərəfindən istehsal edilən R-330KV1M qısa dalğalı avtomatlaşdırılmış radiomaneə stansiyalarının yeni partiyası Silahlı Qüvvələrə təhvil verilib.

Bu barədə Azeri Defence saytı “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

“CCB Proton” dövlət müəssisəsinin direktoru Oleq Votyakov bildirib ki, “Proton” adlı radioelektron mübarizə (REM) sisteminin ilk seriyalı modeli 2019-cu ilin iyulunda Silahlı Qüvvələrə çatdırılıb.

Dizayn bürosunun mütəxəssisləri tərəfində “Proton” stansiyasının ayrı-ayrı hissələrinin modernləşdirilməsi nəticəsində REM sisteminin taktiki və texniki imkanları xeyli artırırılıb. Dəyişikliklərin faydalılığı şirkətin hərbi nümayəndələrin iştirakı ilə keçirdiyi sınaqların nəticələri ilə tam təsdiqlənib.

R-330KV1M avtomatlaşdırılmış qısa dalğalı radiomaneə stansiyası düşmənin 10 kilometrlərlə məsafədəki müasir qısa dalğalı radio stansiyalarını pozmağa qadirdir.

Məlumatda o da qeyd olunub ki, R-330KV1M stansiyası R-330UM “Mandat” radioelektron mübarizə kompleksinin tərkib hissəsidir.

CATEGORIES
TAGS