Ukrayna Ordusuna 80 ədəd “Leopard 2” tankı veriləcək

Ukrayna Ordusuna 80 ədəd “Leopard 2” tankı veriləcək

Almaniya, Finlandiya, İspaniya, Niderland, Polşa, Norveç və Portuqaliya ümumilikdə Ukraynaya 80 ədəd “Leopard 2” tankı verəcək.

“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, bu tanklar vasitəsilə hərəsində 40 ədəd olmaqla 2 tank taboru yaradılacaq.

Bildirilib ki, Almaniya, Finlandiya, İspaniya və Niderland birlikdə bir taboru, Polşa və Norveç isə digər taboru formalaşdıracaqlar.

Bundan başqa İsveç də Ukraynaya “Stridsvagn 122” tanklarını verməyi nəzərdən keçirir. “Stridsvagn 122” tankı Almaniyanın Leopard 2A5 tankının İsveçdə lisenziya əsasında buraxılmış versiyasıdır. Həmçinin Fransada Ukraynaya AMX-56 “Leclerc” tankları verməyi düşünürlər.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya bir bölük (14 ədəd) “Challenger 2” tankı, ABŞ isə daha bir tank taborunun formalaşdırılması üçün 31 ədəd M1 “Abrams” tankı verəcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS