Ukrayna R-27 radarını təkmilləşdirir

Ukraynanın müdafiə və aviasiya sektorunda fəaliyyət göstərən üç qabaqcıl şirkət “hava-hava” tipli raketləri təyin edə biləcək aktiv/passiv radar hazırlayacaq. “AzeriDefence”nin məlumatına görə, bu barədə “Janes” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu təzə bir sistem olmayacaq. Şirkətlərin qəbul etdikləri qərara əsasən Vımpel R-27 (AA-10 Alamo A/C/E/F) sistemi daha da təkmilləşdiriləcək.

Bu radarların hazırlanmasında məqsəd Rusiya istehsalı olan RVV-AE (AA-12) üçün alternativ olmaq və onu bazardan çıxartmaq deyil.

Yarı aktiv olan R-27 radarı MiG-29, Su-27/Su-30 və digər Sovet/Rusiya istehsalı təyyarələrə malik olan ölkələrə göndəriləcək

CATEGORIES