Ukrayna xüsusi təyinatlıları ENVG-B gecəgörmə cihazlarından istifadə edir
Ukrayna xüsusi təyinatlıları ABŞ istehsalı ENVG-B (Enhanced Night Vision Goggle – Binocular) gecəgörmə cihazlarından istifadə edir.
“Poliqon” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ENVG-B, “L3Harris Technologies” şirkəti tərəfindən ABŞ Ordusunun əsgərləri üçün inkişaf etdirilən binokulyar tipli gücləndirilmiş gecəgörmə cihazıdır.
“ENVG-B” adi piyada dəbilqəsinə quraşdırmaq üçün bərkidicisi olan kompakt bir cihazdır. Məmulat üç opto-elektron elementlə təchiz edilib. Bunlar binokulyar əmələ gətirən iki diapazonlu elektron-optik çevirici və okulyar, həmçinin ayrıca infraqırmızı kamera olan iki blokdur. Bütün elementlər şarnirlərə quraşdırılır və döyüşçünün görmə sahəsindən kənarlaşdırıla bilir. Bundan əlavə, məlumatların işlənməsi və məlumat mübadiləsi üçün elektron blok hazırlanıb.
Gecəgörmə cihazı bir neçə iş rejiminə malikdir. Yalnız “borulardan” istifadə edildikdə, məmulat aşağı işıq şəraitində müşahidəni təmin edir. Bu halda cihaz zəif işıq alır və okulayara gücləndirilmiş görüntü verir. Cihaz artan xüsusiyyətlərə sahib ağ fosfor əsaslı yeni nəsil elektro-optik çeviricidən istifadə edir. Okulyarlarda 1280×1024 həlletməli daxili rəngli ekranlar mövcuddur.
İşıqlandırma daxil olmaqla, infraqırmızı kameranı da qoşmaq mümkündür. Kameradan gələn siqnal ekranlara gedir və ya “borulardan” gələn şəkillə birləşdirilir. Sonuncu vəziyyətdə, bir neçə diapazonda müşahidə təmin edilir, həmçinin görüntü keyfiyyəti də yaxşılaşdırılır. Hədəflərin daha səmərəli axtarışı və məhvi üçün rejimlər arasında sürətli keçid təmin edilib.
Elektron blokun və ekranların istifadəsi tamamlanmış reallıq yaratmağa imkan verir. Gecəgörmə cihazının elektron bloku digər cihazlardan müxtəlif məlumatlar ala bilir və qrafiki olaraq “canlı” görüntünün üzərində göstərə bilir. Qəbuletmə və hədəfgöstərmə, ərazinin xəritələrini göstərmək və s. imkanları da mövcuddur. Əlavə məlumat əsgərin seçimindən asılı olaraq sağ və ya sol okulyarda göstərilə bilər. Həmçinin, müştəri bütün siqnalların kənar cihazlara ötürülməsini tələb edir.