Ukraynanın “Stuqna” TƏİR kompleksi Ka-52 “Alliqator” helikopterini vurmağa qadirdir

Ukraynanın “Stuqna” TƏİR kompleksi Ka-52 “Alliqator” helikopterini vurmağa qadirdir

Ukraynanın “Ukroboronprom” dövlət konserni tərəfindən istehsal edilən BTR-4 zirehli transportyoru Qərb silah bazarında tam rəqabətədavamlıdır.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” dövlət konserninin baş direktoru Yuri Qusevin “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

Y.Qusev bildirib ki, BTR-4 sovet zirehli transportyor ailəsindən (BTR-60/70/80) və onların modifikasiyalarından fərqli olaraq sırf Ukrayna istehsalıdır.

Ukrayna-Rusiya müharibəsində Ukrayna Ordsunun istefadə etdiyi yerli silah sistemlərindən danışan konserninin baş direktoru qeyd edib ki, “Stuqna” (“Skif”) tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi ilə təkcə zirehli maşınları deyil, həm də hava hədəflərini vurmaq mümündür: “Ukraynalı döyüşçülər sübut etdilər ki, bu kompleks düşmənin Ka-52 “Alliqator” kəşfiyyat-zərbə helikopterini vurmağa qadirdir”.

Bundan başqa Y.Qusev RK-360MTs “Neptun” sahil mobil raket kompleksi üçün yaradılan “Mineral-U” radiolokasiya stansiyasının da müharibənin ilk günlərindən dayanmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Poliqon.az

CATEGORIES
TAGS