Vətən müharibəsində “Cobra” zirehli transportyorları öz üstünlükləri ilə fərqlənib

Vətən müharibəsində “Cobra” zirehli transportyorları öz üstünlükləri ilə fərqlənib

Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı qoşunların balansına qəbul edilmiş “Cobra II” zirehli transportyorları ilk dəfə nümayiş etdirilib.

Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib ki, yeni alınan “Cobra II” markalı  zirehli transportyorlar mövcud “Cobra I” markalı zirehli transportyorların daha da inkişaf etdirilmiş və dizayn edilmiş formasıdır.

Polkovnik Zəfər Əliyev  vurğulayıb ki, “Cobra II” zirehli transportyorları, 4×4 təkər formuluna malik, sürücü və komandir daxil olmaqla doqquz döyüşçü üçün nəzərdə tutulub: “O, partlayıcı qurğular və minalardan gələn təhlükələrə qarşı yüksək qorunma xüsusiyyətinə və çoxfunksiyalı müxtəlif təhlükəsizlik qorumalarına malikdir. Ümumiyyətlə, “Cobra” markalı zirehli transportyorlar ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli dizaynında yüksək qorunma və keçicilik qabiliyyəti ilə öz sinfində seçilir.

Oxşar gövdə və infrastruktur üzərində hazırlandığına baxmayaraq fərqli istifadə məqsədləri üçün fərqli maşınlardan ana quruluşunda əzəmətliliyin olması kimi, həmçinin baxım, təmir və ehtiyat hissələri ilə qənaətlə təmin edilməsi, yaxın və uzaq məsafələrdə döyüşün aparılması, silah bazasının seçimi, standart avadanlığa arxa görüntü kamerasının, termal ön kamerasının, çoxnöqtəli təhlükəsizlik kəmərlərinin olması və s. üstünlükləri mövcuddur”.

Polkovnik Zəfər Əliyev Vətən müharibəsi zamanı “Cobra” markalı zirehli transportyorların döyüş meydanlarında öz üstünlükləri ilə fərqləndiklərini deyib.

Poliqon.az

CATEGORIES
TAGS