Xəbərlər
Vyetnam yeni hücum tüfəngini təqdim edib

Vyetnam müdafiə sənayesi müəssisəsi STV-410 indeksli yeni hücum tüfəngini təqdim edib.
“AzeriDefence” xəbər verir ki, bu barədə Vyetnam Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.
STV-410 avtomatını Vyetnamın Müdafiə Sənayesi Baş İdarəsi yerli “Z111 Factory” şirkəti ilə birlikdə hazırlayıb.
7.62×39 mm kalibrli STV-410 avtomatı “Kalaşnikov” avtomatına bənzəyir. Yeni STV-410 Rusiyanın “Kalaşnikov” konserninin istehsalı olan AK-15 avtomatının Vyetnam versiyası hesab edilə bilər.




