Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.

Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray minaya düşüb.

Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.az

CATEGORIES
TAGS