
XRİTDX-nin rəhbər heyəti tərəfindən Zəfər parkı ziyarət olunub
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbər heyəti Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edib, Zəfər abidəsi önünə gül dəstələri qoyublar.
Bu barədə “Poliqon”a XRİTDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Vətən müharibəsinin başlandığı gün – 27 sentyabr Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.
CATEGORIES Xəbərlər