Xüsusi təyinatlılar şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər

Xüsusi təyinatlılar şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş-2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək Azərbaycan bölmələrinin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Poliqon.az

CATEGORIES
TAGS