Xəbərlər
Yaponiya “Heckler & Koch”dan SFP 9 tapançaları alır

Yaponiya Müdafiə Nazirliyi Almaniyanın “Heckler & Koch” şirkətinə yarı avtomatik SFP 9 tapançaları sifariş verib.
“AzeriDefence” xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müqavilə çərçivəsində “Heckler & Koch” şirkəti Yaponiya Quru Özünü Müdafiə Qüvvələrinə (JGSDF) ilkin mərhələdə 250 000 ABŞ dolları dəyərində 323 ədəd SFP 9 tapança tədarük edəcək.
9×19 mm kalibrli SFP 9 tapançalarının hazırda Yaponiya hərbi qulluqçularının istifadə etdiyi “Minebea P9” tapançalarını əvəz edəcəyi planlaşdırılır.




