Yaponiya Türkiyənin “Yörük” zirehli maşınlarını ala bilər

Yaponiya Türkiyənin “Yörük” zirehli maşınlarını ala bilər

Yaponiya Müdafiə Nazirliyi 8×8 təkər formuluna malik olan və 1996-cı ildən 2008-ci ilədək istehsal edilmiş “Type 96” zirehli trasnportyorlarını əvəz etməkdən ötrü təkərli zirehli maşınların tədarükü üçün tender keçirir.

“Poliqon” Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin “Nurol Makina” şirkəti bu tenderdə qələbə əldə etmək üçün ABŞ-ın “General Dynamics” şirkətinin Kanadada yerləşən “General Dynamics Land Systems – Canada” filialı, Finlandiyanın “Patria” və Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətləri ilə yarışacaq.

“Nurol Makina” şirkəti tenderdə 4×4 təkər formullu “Yörük” təkərli zirehli transportyoru tilə iştirak edir.

Qeyd edək ki, zirehli döyüş maşınları Türkiyənin müdafiə sənayesi ixracatında mühüm rol oynayır. Son illərdə bu türk məhsulunun müxtəlif nomenklaturasına tələbat xüsusilə artıb.

8 ili əhatə edən kifayət qədər qısa müddətdə Qətər, Küveyt, Macarıstan, Çili, Özbəkistan, Seneqal kimi ölkələrdə 1500 ədəddən çox Türkiyə istehsalı zirehli maşın tədarük edilib. Məsələn, Macarıstan 300-ə qədər Türkiyənin 4×4 təkər formullu “Ejder Yalcın” (macar adı “Gidran”) və “Yörük” zirehli maşınının tədarük edilməsini sifariş edərək, Türkiyə istehsalı olan texnika ilə silahlanan ilk NATO ölkəsi olmağı bacarıb.

Xatırladaq ki, Türkiyənin zirehli maşın istehsalçısı “Nurol Makina”, başda Türkiyə Silahlı Qüvvələri və Türkiyə polisi olmaqla, daxili və xaricdəki istehlakçıların ehtiyacları üçün “Ejder Yalçın”, “Yörük”, “Ilgaz II”, “Ejder Kunter” və “Ejder TOMA” kimi zirehli maşınlar istehsal edir. Eyni zamanda şirkət bu gün hazırladığı bütün zirehli maşın modellərini uğurla ixrac edir.

Ümumilikdə, “Nurol Makina” şirkətinin istehsalı zirehli maşınlar dünyanın 14 ölkəsində istifadə olunur. Bu yaxınlarda daha bir Afrika ölkəsi şirkətin məhsullarını idxal edənlər siyahısına əlavə edilib. Beləliklə, “Nurol Makina” şirkətinin istehsalı olan zirehli maşın idxalçılarının sayı 15-ə yüksəlib. Müqavilə əsasında alınan 4×4 təkər formullu “Ejder Yalçın” zirehli avtomobilləri BMT missiyası çərçivəsində istifadə ediləcək.

Hazırda Türkiyənin zirehli maşınları ilə maraqlanan bir sıra ölkələrlə danışıqlar davam edir. Bunlardan ən çox diqqət çəkəni isə Yaponiyadır. Belə ki, “Nurol Makina” şirkəti 4×4 təkər formullu “Yörük” zirehli transportyoru ilə Yaponiyada zirehli maşın alışı üzrə keçirilən tenderdə seçimlərdən keçməyi bacaran beş şirkət arasında yer alıb.

Qeyd etmək lazımdır ki, hazırda Yaponiya Özünümüdafiə Qüvvələrində 365 ədəd Type 96 zirehli transportyoru istifadə edilir.

“Yörük 4×4” zirehli transportyorunun əsas xüsusiyyətləri: heyət daşıma imkanı – 7 nəfərə qədər, yüksək faydalı yük daşıma qabiliyyəti; boşalmış şinlə hərəkət imkanı (run flat); avtomobilə inteqrasiya edilmiş cərəyan düzənləyicisi; əllə və uzaqdan idarəetməli müxtəlif silah sistemlərini inteqrasiya imkanı; erqonomik dizayn; sağ və sol əl istifadəyə uyğun mazğallar; hidravlik idarəetməli sükan sistemi; hazır radio infrastrukturu; avtomobilin daxilindən barıt qazlarını xaricetmə sistemi; sürətli, asan və ucuz texniki xidmət; fərqli silah sistemləri inteqrasiyası – 7,62 mm pulemyot, 12,7 mm pulemyot, 40 mm qumbaraatan, hava hücumundan müdafiə sistemi, tank əleyhinə silah sistemi.

gir1

Yaponiyanın 8×8 təkər formullu Type 96 zirehli transportyoru

gir2

Türkiyənin 4×4 təkər formullu “Yörük” zirehli transportyoru

gir3

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS