
Yaponiyanın nümayəndə heyəti MKE şirkətini ziyarət edib
Yaponiyanın Tədarük, Texnologiya və Logistika Agentliyi (ATLA) ilə Quru Özünümüdafiə Qüvvələrinin nümayəndələrindən ibarət heyət Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətində olub.
“Poliqon” MKE-yə istinadən xəəbər verir ki, səfər çərçivəsində heyət şirkətin fəaliyyət istiqamətləri və imkanları ilə yaxından tanış olub.
Görüş zamanı şirkətin mövcud qabiliyyətləri, texnoloji potensialı və mümkün əməkdaşlıq istiqamətləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.





