Yaşar Güler Azərbaycan Quru Qoşunlarının komandanını qəbul edib
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbulda Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Selçuk Bayraktaroğlu da işirak edib.