
“Forecast International” təşkilatı tank bazarına dair proqnozunu açıqlayıb“Forecast International” təşkilatının Silahlar Qrupu “Tank bazarı” proqnozunu açıqlayıb. “AzeriDefence” saytının məlumatına görə, 2021 ilədək dünya bazarında $ 24,25 milyarddan artıq olan 5500 əsas döyüş tankları istehsal ediləcək.
Təşkilatın hesablamalarına görə, döyüşdə zərər görən tankların təmiri də nəzərə alınmaqla ABŞ ordusu “M1 Abrams” tanklarını 2050-ci ilədək aktiv xidmətdə saxlamaq niyyətindədir. Artıq ABŞ ordusunda “M1 Abrams” tanklarının alımı üçün xərclər son illərdə azaldılmağa başlayıb. 2011-ci ildə ABŞ-ın bu tankların alınmasına dair xərcləri 2010-cu ilə nisbətən 42,77% azalıb. 2004-cü ildən başlayaraq, “M1 Abrams”ın bazar payı təqribən 82% azalıb.
Araşdırmalara görə, bu dövrdə bazarda əsasən Çinin “Type 98”, Pakistanın “Əl-Khalid” və Rusiyanın T-90 modelləri (Hindistanın lisenziya əsasında istehsal etdiyi T 90S daxil olmaqla) bütün yeni sifarişlərin 54,73%-ni tutacaq.
Bununla belə, beynəlxalq bazarda yeni əsas döyüş tanklarının istehsalında ABŞ və Avropanın dominantlığı saxlayacağı görünür.



