
Türkiyə müdafiə sənayesinin istehsalı olan müxtəlif təyinatlı yeni hərbi sistemlər ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, açıqlanmayan sayda GÖKBEY çoxməqsədli helikopteri Quru Qoşunlarının və ALP-300G aşağı hündürlüklü radar sistemi Hərbi Hava Qüvvələrinin iventarına daxil edilib.
Bundan əlavə, MKE şirkəti tərəfindən istehsal olunan müxtəlif növ və çapda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.
Həmçinin ASELSAN tərəfindən müxtəlif sayda ARTNET 100-G taktiki rabitə sistemi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Şirkət, eyni zamanda Hərbi Hava Qüvvələrini “Hisar A” raket buraxma sistemi, KARETTA 560 qarışdırmaya dayanıqlı GNSS sistemi, HGK-84 dəqiq tuşlama dəsti, İHTAR antidron sistemi və ARTcom 9681 hava radiostansiyası ilə təmin edib.




