Yeni silah və qarışdırma sistemləri Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

Yeni silah və qarışdırma sistemləri Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda 5.56 mm-lik avtomatı və çiyində daşınan qarışdırma sistemini (KARSİS) inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Həmçinin “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal olunan həm nüfuz edən bombaların (NEB), həm də müxtəlif çap və sayda silah-sursatın Türkiyə Silahlı Qüvvələrinə tədarükü tamamlanıb.

CATEGORIES