
Yeni termal kamera və zirehli maşınlar Türkiyədə silahlanmaya verilib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda “Dragoneye-2” termal kamerasının, zirehli yük maşınlarının və personal daşıyıcıların qəbul fəaliyyətini tamamlayaraq inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı deyib.
Qeyd olunub ki, “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursat da Türkiyə Silahlı Qüvvələri başda olmaqla, dost və müttəfiq ölkələrə, o cümlədən beynəlxalq biznes tərəfdaşlarına çatdırılıb.


