Yeni texniki konfiqurasiyaya malik Su-57 təyyarələri Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

Yeni texniki konfiqurasiyaya malik Su-57 təyyarələri Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni texniki konfiqurasiyaya malik Su-57 döyüş təyyarələrini Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, bu təyyarələr yenilənmiş bort və silah sistemləri ilə təchiz edilib.

Bildirilib ki, yeni Su-57-lər zavod sınaqlarından uğurla keçdikdən sonra xidməti yerlərinə uçublar.

Su-57 təyyarəsi çoxfunksiyalı aviasiya vasitəsi olaraq geniş spektrli döyüş tapşırıqlarının icrası üçün yaradılıb. Təyyarə hava, quru və dəniz hədəflərini vurmaq qabiliyyətinə malikdir. Su-57 günün istənilən vaxtı və mürəkkəb hava şəratində əməliyyatlar yerinə yetirə bilər.

“Beşinci nəsil Su-57 aviasiya vasitəsi öz sinfində ən yaxşı təyyarədir, lakin biz əldə edilənlərlə kifayətlənmirik. Fərqli təkmilləşdirmələrdən keçmiş döyüş təyyarəsi bu gün də inkişaf edir – silah və sistem imkanları artırılır. Bu isə əsas tapşırıqların effektiv həllinə imkan verir və təyyarənin manevr və döyüş qabiliyyətlərini nümayiş etdirir”, – deyə UAC-nin baş direktoru Vadim Badexa vurğulayıb.

CATEGORIES
TAGS