
Yeni zirehli döyüş maşınları və silahlar Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda yeni zirehli döyüş maşınlarının və silahların qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan “Nefer” qüllə sistemi ilə təchiz edilən zirehli döyüş maşınları və 5.56 mm-lik SAR-56 avtomatları inventara daxil edilib.