Yunanıstan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir

Yunanıstan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir

Yunanıstanın Hərbi Hava Qüvvələri (HHQ) Fransanın “Dassault Aviation” şirkətindən əlavə 6 ədəd “Rafale” döyüş təyyarəsinin satın alınması ilə bağlı yeni müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis “Saloniki” Beynəlxalq Sərgisində çıxış edərkən bildirib.

Bundan əvvəl, Yunanıstan 2020-ci ildə “Dassault Aviation” şirkətindən 18 ədəd “Rafale” döyüş təyyarəsi sifariş vermişdi.

Məlumat üçün bildirək ki, “Rafale” döyüş təyyarələri Fransa və Yunanıstan ilə yanaşı, Qətər, Hindistan, Misir, Xorvatiya, Finlandiya kimi ölkələrin HHQ-ləri tərəfindən istifadə olunur. “Rafale” Əfqanıstan, Liviya, Mali, İraq və Suriya döyüşlərində istifadə edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS