Yunanıstan HDQ üçün istehsal edilən “Seahawk”ların uçuş sınaqları tamamlanıb

Yunanıstan HDQ üçün istehsal edilən “Seahawk”ların uçuş sınaqları tamamlanıb

ABŞ-ın “Sikorsky” şirkəti (“Lockheed Martin”in tərkib hissəsi) Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün istehsal edilən 3 ədəd MH-60R “Seahawk” helikopterinin uçuş sınaqlarını tamamlayıb.

Bu barədə “Poliqon” “Lockheed Martin” şirkətinə istinadən xəbər verib.

Qeyd edilib ki, ümumilikdə satın alınan 7 ədəd MH-60R helikopterinin 3 ədədlik ilk partiyası cari il ərzində Yunanıstana göndəriləcək. Digər 4 ədəd MH-60R helikopteri isə 2025-ci ildə təhvil veriləcək.

Hazırda Yunanıstan ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən də istifadə edilən MH-60R “Seahawk” helikopterini alan yeddinci ölkədir.

CATEGORIES
TAGS