Xəbərlər

Zakir Həsənov: Birgə hərbi təlimlərin keçirilməsi Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanmasında olduqca vacibdir

İcra etdiyimiz fəaliyyətlər və hərbi təlimlər Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılmasında mühüm rol oynayır və gücümüzə-güc qatır.

“Poliqon” xəbər verir ki,  bunu Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirlərinin birgə mətbuat konfransında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bildirib ki, “Eternity” kompüter dəstəkli komanda-qərargah, Xüsusi Təyinatlı Qüvvələrin “Qafqaz Qartalı” birgə hərbi təlimlərinin keçirilməsi və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi həm enerji, həm də Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanmasında olduqca vacibdir.

Poliqon.az

Back to top button