Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi yad edilib.

Sonra Müdafiə naziri Z.Həsənov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Poliqon.az

CATEGORIES
TAGS