Xəbərlər

Zakir Həsənov Macarıstanın müdafiə naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Poliqon.az

Back to top button