Xəbərlər

Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinin müavini ilə görüşüb

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX 2022 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstanın müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.

Poliqon.az

 

Back to top button