
Zakir Həsənov qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlar verib
Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti və ötən il ərzində əldə etdiyi nailiyyətlər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilir.
“Poliqon” xəbər verir ki, bu barədə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.
O, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın, eləcə də birgə təlimlərin regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.


