Zakir Həsənov: Son döyüş toqquşmalarında qarşı tərəfə layiqli cavab verilib

Zakir Həsənov: Son döyüş toqquşmalarında qarşı tərəfə layiqli cavab verilib

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

“Poliqon” xəbər verir ki, müşavirədə Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və onlara xeyli zərər vurulduğunu qeyd edib.

Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

Poliqon.az

CATEGORIES