Zakir Həsənov Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri ilə görüşüb

Zakir Həsənov Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

CATEGORIES