Azərbaycanlı hərbçilər Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək – VİDEO

Azərbaycanlı hərbçilər Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək – VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistanda keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat Ximətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistanın paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda Azərbaycanla yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

CATEGORIES
TAGS