
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri ilə görüşüb – VIDEO
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında ikitərəfli görüş keçirilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
TAGS Manşet