Xəbərlər
Zakir Həsənov Türkiyəyə səfər edəcək

Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da Türkiyəyə işgüzar səfər edəcək.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.




